BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı

Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Tarix: 22 İyul 2026, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin