BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Alman polisinin davranışlarından “dəhşətə gələn” xaricdəki anti-milli ünsürlər demokratiyanı anarxiya kimi anlamamalıdırlar”

“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı çox yüksək səviyyədə qarşılanması dövlətimizin başçısının beynəlxalq müstəvidə böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir. Keçirilən görüşlər zamanı Almaniya Prezidentinin və Kanslerinin ölkəmiz haqqında pozitiv fikirləri cənab Prezidentin uğurlu xarici siyasətinin göstəricisidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bu reallıqların müəllifi isə Azərbaycandır. Dövlətimizin hədəfi regionu sülh və əməkdaşlıq məkanına çevirməkdir. Ona görə də, dünya ölkələri, xüsusilə Avropa ölkəmizlə əlaqələri gücləndirməkdə maraqlıdır. Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunu həzm edə bilməyən dairələr isə uğurlarımızdan ciddi “narahatdır”. “Sapı özümüzdən olan baltalar” anti-Azərbaycan mərkəzlərinin, erməni lobbisinin əlində alət olaraq həmin dairələrin göstərişlərini icra edirlər. Prezident İlham Əliyevin Berlinə səfəri zamanı da həmin ünsürlər təxribat törətməyə cəhd ediblər. Lakin Almaniya polisi həmin cəhdlərin qarşısnı alıb”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Samir Vəliyev deyib.

 

Deputat qeyd edib ki, polisin qanuni davranışlarından özlərinin dediyi kimi, “dəhşətə gələn” xaricdəki anti-milli ünsürlər demokratiyanı anarxiya kimi anlamamalıdırlar: “Unutmamalıdırlar ki, hüquqi dövlətlərdə qanunun aliliyi qorunur. Yoxsa, onlar hesab edirdilər ki, alman polisi ali tədbirin keçirilməsində hansısa təxribatlara göz yumacaq? Amma çox yanıldılar. Bu ilin fevralında Vaşinqtonda baş vermiş təxribat cəhdini xatırlayaq. Həmin şəbəkə sinxron fəaliyyət göstərir. Müasir dünyada ifadə azadlığı və etiraz hüququ sivil normalarla tənzimlənsə də, müəyyən dairələr bu anlayışlardan öz çirkin məqsədləri üçün sui-istifadə edirlər. Eyni zamanda, bu, planlı şəkildə hazırlanmış, Azərbaycan dövlətinə, onun rəhbərliyinə və ümumilikdə xalqımıza qarşı nifrət üzərində qurulmuş bir təxribat cəhdi idi. Bu, siyasi mübarizə deyil, milli hissilərini  itirmiş bir qrupun nümayiş etdirdiyi mənəvi aşınmadır. Dövlət başçısına yönələn istənilən təxribat faktiki olaraq Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir. Prezident ölkəni beynəlxalq arenada təmsil edir və onun fəaliyyətinə, təhlükəsizliyinə qarşı hər hansı aqressiv davranış dövlətin suverenliyinə və nüfuzuna yönəlmiş cəhd kimi dəyərləndirilir. Bu baxımdan, belə hadisələr daha geniş kontekstdə aparılan qarayaxma kampaniyalarının elementidir. Almaniya polisinin təxribatçıların qarşısını qanun çərçivəsində alması isə onları çox “məyus” edib. Həmin anti-milli ünsürlər bundan sonra da dövlətimizin və onun liderinin uğurları fonunda yalnız məyus olacaqlar. Onların sevinməsinə səbəb olacaq heç bir hadisə baş verməyəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 22 İyul 2026, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin