BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp İranı bununla hədələdi

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib.

 

Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

 

“Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya hər hansı digər qurğu və yaxud silahla atəş açdığı hər dəfə, Birləşmiş Ştatlar Tehranın paytaxtında və ya onun yaxınlığında yerləşənlər də daxil olmaqla, bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!”, - deyə Tramp bildirib.APA

Tarix: 22 İyul 2026, 17:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin