BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərdəkanda 8 gün əvvəl dənizdə batan oğlan hələ də tapılmayıb - VİDEO

15 iyul tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun axtarışları davam etdirilir.

 

Pravda.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

 

Hazırda axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

 

Tarix: 23 İyul 2026, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin