BURADA REKLAMINIZ OLA
BİLƏR

Tacir Şahmalıoğlu Bakıdan köçür - VİDEO

Müğənni Tacir Şahmalıoğlu Bakıdan köçməyə hazırlaşdığını açıqlayıb.

 

 Sənətçi bu barədə “Evdəkilərə salam” verilişində danışıb. O bildirib ki, yaxın aylarda Ağdama köçəcək:

 

“Oğlumun toyunun bitməsini gözləyirdim. Dövlət ev verir, köçlər başlayır. Yaxın aylarda mən də köçəcəyəm. Əvvəllər də Ağdamda yaşamışıq, hərdən Bakıya gəlib-getmişik. Amma indi Ağdamda yaşamaq istəyirəm. Oranın havası başqadır” .

 

T.Şahmalıoğlu Ağdamda uzun illərdir reallaşdırmaq istədiyi arzunu da həyata keçirmək niyyətində olduğunu söyləyib:

 

“Çoxdankı arzum kiçik bir musiqi məktəbi açmaqdır. Bakıda bu mümkün deyil. Səs Qarabağ torpağında yetişir. Orada gözəl səslər yetişdirəcəyəm. Mənim artıq dərs demək yaşımdır.Axşam.az

 

 

Tarix: 23 İyul 2026, 16:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin