BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” ÇSKA ilə heç-heçə edib

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.

 

 “Qarabağ” Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edib.

 

Qurban Qurbanovun komandası I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib.

 

ÇSKA (Sofiya) isə İrlandiyanın “Derri Siti” komandası üzərində iki oyunun nəticəsinə əsasən 5:3 hesablı üstünlük qazanıb.

 

Qarşılaşmanı italiyalı FIFA referisi Daniele Kiffi idarə edib. Ona həmyerliləri Covanni Bakkini və Alessandro Lo Çiçero kömək göstəriblər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirib.

 

Gərgin keçən qarşılaşmada hesab açılmayıb - 0:0.

 

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:0

Baş hakim: Daniele Kiffi (İtaliya)

Stadion: Tofiq Bəhramov adına Respublika stadionu.

 

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiyadakı “Vasil Levski” Milli Stadionunda keçiriləcək.

 

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo

 

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov

 

Baş məşqçi: Qurban Qurbanov,

 

ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy

 

Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet

 

Baş məşqçi: Xristo Yane

 

Apasport

Tarix: 23 İyul 2026, 22:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin