BURADA REKLAMINIZ OLA
BİLƏR

Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinin səbəbi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun 40-41 dərəcəyə yüksələcəyi ilə bağlı xəbərdarlıq verib.

 

Pravda.az xəbər verir ki, Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, temperaturun yüksəlməsinin səbəbini cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır:

 

“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Mutar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”.

 

 

Tarix: 24 İyul 2026, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin