BURADA REKLAMINIZ OLA
BİLƏR

İyulun sosial ödənişləri ilə bağlı vacib xəbər

Azərbaycanda bu gün iyul ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

 

Pravda.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.

Tarix: 24 İyul 2026, 15:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin