BURADA REKLAMINIZ OLA
BİLƏR

Tacir: "Əsl gözəllik Qarabağdadır, Dubayda nə var?"

Müğənni Tacir Şahmalıoğlu bu il yay istirahəti üçün Laçını seçib.

 

Sənətçi açıqlamasında ailəsi ilə birlikdə artıq 20 gündür Laçında istirahət etdiyini bildirib.

 

"Ailəliklə buradayıq. Laçın cənnət məkandır", – deyə o vurğulayıb.

 

Tacir Şahmalıoğlu həmkarlarının yay istirahəti üçün Dubay, Türkiyə, Fransa, Almaniya və digər xarici ölkələrə üstünlük verməsinə də münasibət bildirib.

 

"Dünyanın gözü Qarabağdır. Bunu yaşamaq, öz gözlərinlə görmək lazımdır. Mən bunu yaşayıram, görürəm. Xarici ölkələrə istirahətə gedənlərin zövqü yoxdur, ona biz nə edək? Dubayda nə gözəllik var? Süni şəhərdir, orada hava belə yoxdur", – deyə müğənni bildirib.Qaynarinfo

Tarix: 24 İyul 2026, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin