BURADA REKLAMINIZ OLA
BİLƏR

Vurulan gəmi kapitanının övladları ilə görüntüsü - VİDEO

Odessa yaxınlığında hücuma məruz qalan gəmidə həlak olan kapitan Səməd Nəsrullayevin övladları ilə birlikdə çəkilmiş görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

 

Yayılan kadrlarda kapitanın ailəsi ilə keçirdiyi səmimi anlar əks olunub. Görüntülər qısa zamanda çoxsaylı istifadəçi tərəfindən paylaşılıb və izləyiciləri kövrəldib.

 

Sosial şəbəkə istifadəçiləri paylaşımın altında Səməd Nəsrullayevin ailəsinə başsağlığı veriblər.

 

Xatırladaq ki, Səməd Nəsrullayev Odessa yaxınlığında gəminin hücuma məruz qalması nəticəsində həyatını itirib. Hadisə ilə bağlı araşdırmalar davam edir.Milli.az

 

Tarix: 24 İyul 2026, 18:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin