BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb - YENİLƏNİB

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.

 

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

 

***

 

10.30

 

24.07.2026-cı il tarixində saat 21:00 radələrində 2014-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ölü vəziyyətdə gətirilib.

 

Bu barədə TƏBİB-dən bildirilib.

 

***

 

24.07.2026

 

21.59

 

Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb.

 

Rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin məlumata görə, qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

 

Lakin bundan bir qədər sonra qız öz həyətyanı sahələrində yaralanmış şəkildə tapılıb.

 

Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

 

APA

Tarix: 25 İyul 2026, 13:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin