BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputatdan nazirə müraciət: “Ölkədə minlərlə kitabxana bağlanırsa, bu, işsizlik ordusu yaratmaqdır”

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi kitabxana əməkdaşlarını attestasiyadan keçirib. Xeyli insanı işsiz qoyublar.  Mənim kitabxana işçilərinə böyük rəğbətim var. Onlar cüzi məvaciblə ömürlərini kitab işinə həsr ediblər, şəraitsiz mühitdə  çalışıblar və bu baxımdan xarakter və nəciblik etibarı ilə bir-birilərinə bənzəyirlər. Kitabxana işindən xəbərsiz olan Adil Kərimov onları anlaya bilməz”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Əliyev bildirib.

 

O qeyd edib ki, indiki dövrdə formal attestasiya adı ilə onları işsiz qoymaq adil əməl deyil. Ölkədə minlərlə kitabxana bağlanırsa, elə bunun özü işsizlik ordusu yaratmaqdır. Qalan kitabxanalarda çalışan kitabxanaçılara isə toxunmaq lazım deyil. Onların ən az təcrübəlisi kitabı sən nazirdən yaxşı bilir. Attestasiya adı ilə insanları işsiz qoymaqdansa, yeni nəsil kitabxanalar açın, qalan kitabxanaları yeni ədəbiyyatlarla təmin edin, bərbad durumda olan kitabxanalarda şəraiti yaxşılaşdırın, ən nəhayət kitabxanaçıları kurslara cəlb etdikdən sonra prosesə başlayın”.

Tarix: 26 İyul 2026, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin