BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda havada tozun miqdarı normanı ötdü - Bu tarixə qədər...

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən  Bakıda və Abşeron  yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.

 

Pravda.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

 

Bildirib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir: “Belə hava şəraitinə səbəb  bu gün səhər saatlarından   başlayan  güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan  toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər  davam edəcəyi  gözlənilir”.

Tarix: 27 İyul 2026, 10:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin