BURADA REKLAMINIZ OLA
BİLƏR

Laçında 1,2 ton çətənə kolu məhv edildi

Laçında 1 ton 200 kiloqram çətənə kolu məhv edilib.

 

Pravda.az DİN-ə istinadən xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 ədəd çətənə kolu məhv edilib.

Tarix: 27 İyul 2026, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin