BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü külək sabah gündüz saatlarınadək davam edəcək

İyulun 27-si səhərdən başlayaraq Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləkli hava şəraiti iyulun 28-i gündüz saatlarınadək davam edəcək.

 

Pravda.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

 

O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan tozlu hava şəraitinin sinoptik şəraitlə əlaqədar sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir.

Tarix: 27 İyul 2026, 14:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin