BURADA REKLAMINIZ OLA
BİLƏR

"Amay" ticarət mərkəzinin qarşısında başına yad cisim düşən şəxsin vəziyyəti necədir?

Bu gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, “Amay” ticarət mərkəzi ərazisindən çağırış qeydə alınıb.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

 

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

 

1991-ci il təvəllüdlü şəxsə skalpın kəsilmiş yarası diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərilib.

 

Müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Tarix: 27 İyul 2026, 16:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin