BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişdi

Naxçıvan Muxtar Respublikasında (MR) 2026-cı ilin ilk altı ayı ərzində ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı 60 müraciət üzrə dövlət qeydiyyatı aparılıb.

 

Bu barədə Naxçıvan MR Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşların ad, soyad, ata adının dəyişdirilməsi ilə bağlı daxil olan 60 müraciət müvafiq qaydada araşdırılıb və dövlət qeydiyyatı həyata keçirilib.

 

Qeyd edək ki, ölkədə ad, soyad və ata adının dəyişdirilməsi Ailə Məcəlləsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"na uyğun olaraq həyata keçirilir.Report

Tarix: 27 İyul 2026, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin