BURADA REKLAMINIZ OLA
BİLƏR

Küləkli hava nəticəsində 5 yaşlı uşaq xəsarət aldı

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 10.07.2021-ci il təvəllüdlü oğlan uşağı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

 

Aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinısi edilib, azeptik sarğı və qips langet qoyulub.

 

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Tarix: 27 İyul 2026, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin