BURADA REKLAMINIZ OLA
BİLƏR

Çayda xəsarət alan gənc vəfat etdi - 10 gün müalicə olunsa da...

Masallıda çayda xəsarət alan Cəlilabad sakini xəstəxanada vəfat edib.

 

Hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.

 

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Quliyev Coşqun Şakir oğlu çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır xəsarət alıb.

 

O, 10 gün paytaxt xəstəxanalarından birində müalicə olsunsa da, bu gün tibb müəssisəsində vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 27 İyul 2026, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin