BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Güləş üzrə Dünya Çempionatında ilk medalını qazandı

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.

 

Pravda.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeni 7:1 hesabı ilə məğlub edib.

 

Bu nəticə ilə Salmanov Azərbaycana turnirdə ilk medalı qazandırıb.

 

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

 

Tarix: 28 İyul 2026, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin