BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda kişi ailə münaqişəsi zəminində güllələnərək öldürüldü

İyulun 29-u gecə saatlarında Salyan rayonu ərazisində qətl hadisəsi baş verib.

 

1966-cı il təvəllüdlü Natiq Sadıqov sərxoş vəziyyətdə ov tüfəngi ilə keçmiş kürəkəni, 1980-ci il təvəllüdlü Famil Lətifovu yaşadığı evin həyətində baş vermiş münaqişə zəminində qətlə yetirib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan ov tüfəngi götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

APA

Tarix: 29 İyul 2026, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin