BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan klubuna braziliyalı baş məşqçi təyin olundu

Qadın voleybolçulardan ibarət “DH Volley” komandasının yeni baş məşqçisi məlum olub.

 

Məlumata görə, bu vəzifəyə Duda Nunyes gətirilib. Braziliyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, yeni mövsümdə Çelenc Kubokunda mübarizə aparacaq "DH Volley"in rəqibi Danimarkanın "Holte" klubu olacaq. Komanda ilk matçını oktyabrın 27-29-da evdə, cavab oyununu isə noyabrın 3-5-də səfərdə keçirəcək.Azərtac

Tarix: 29 İyul 2026, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin