BURADA REKLAMINIZ OLA
BİLƏR

Suraxanıda 10 evdən 29 min manatlıq oğurluq olub - VİDEO

Suraxanı rayonu ərazisində yerləşən 10 evdən müxtəlif vaxtlarda ümumilikdə 29 min 530 manat dəyərində pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

 

Pravda.az xəbər verir ki, rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Tural Əmişov saxlanılıb. Onun etdiyi oğurluqların bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Tarix: 29 İyul 2026, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin