BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdamda yanğın yayılıb - partlayış səsləri eşidilir... - FOTO

Ağdam rayonu ərazisində açıq sahələrdə başlayan yanğınlar bu gün Saybalı və Bağbanlar kəndləri istiqamətinə yayılıb.

 

Əraziyə Ağdam və Ağcabədi rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.

 

Bundan başqa, Mərzili istiqamətində yanğın baş verən ərazidə ardıcıl partlayış səsləri eşidilir.

 

Yanğının keçmiş təmas xəttində minalanmış ərazilərə yayılması səbəbindən partlayışların baş verdiyi ehtimal olunur.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Alov kolluq və yaşıllıq sahələrinə yayılaraq ağac və kollara da ziyan vurur.APA

Fotoları təqdim edirik
Tarix: 29 İyul 2026, 14:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin