BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaqatalada kütləvi zəhərlənmənin səbəbi bilindi - "Real" kafe bağlandı - YENİLƏNİB

Bu gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə rayon ərazisində yerləşən "Real" kafesində dönər məhsulundan zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.

 

Bu barədə AQTA-dan məlumat verilib.

 

Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən araşdırmalar çərçivəsində toyuq dönəri məhsulundan, eləcə də istehlaka təqdim olunan digər qidalardan nümunələr götürülərək analizə cəlb olunub. Bununla yanaşı, "Real" kafesində plandankənar yoxlama aparılıb. Obyektin fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

 

Araşdırmaların və laborator müayinələrin yekun nəticələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcək.

***

14:45

Dünən saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

***

14:35

Zaqatalada kütləvi zəhərlənmə olub.

 

Məlumata görə, 10-dan çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya müraciət edib.

 

İlkin məlumata görə, onlar dönərdən zəhərləniblər.

 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.APA

Tarix: 29 İyul 2026, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin