BURADA REKLAMINIZ OLA
BİLƏR

Lerik sakini Vaqif Quliyev yıxılaraq vəfat edib

Lerik rayon sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.

 

Məlumata görə, hadisə rayonun Livədirqə kəndində baş verib.

 

Kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev səhər saatlarında yaşadığı evdə hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən ölüb.

 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 30 İyul 2026, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin