BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı dənizçilərin olduğu gəmi Odessa sahillərində PUA hücumuna məruz qaldı

Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

 

Pravda.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook”da məlumat yayıb.

 

Bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib.

 

Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.

 

Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.

 

 

Tarix: 30 İyul 2026, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin