BURADA REKLAMINIZ OLA
BİLƏR

İtkin kimi axtarılan Mais Abdullayevin meyiti kanalda tapıldı

Lənkəranda kanalda meyit tapılıb.

 

Məlumata görə, hadisə iyulun 30-da qeydə alınıb.

 

Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb.

 

Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir.

 

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

 

Araşdırma aparılır.APA

Tarix: 31 İyul 2026, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin