BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəzərin İran hissəsində 5 nəfər boğularaq öldü

İranın Mazandaran vilayətinin Ramsar şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.

 

Məlumata görə, Ramsər rayon icra hakimiyyəti bildirib ki, ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 nəfər turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizin güclü axınına düşüb.

 

Nəticədə 2 nəfər xilas edilib, 5 nəfər isə boğularaq ölüb.

 

Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

 

Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.APA

Tarix: 31 İyul 2026, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin