BURADA REKLAMINIZ OLA
BİLƏR

Təkər tullantıları yığılmış ərazidə yanğın baş verib - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə baş verən yanğının qarşısı alınıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

 

Bildirilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

***

14:03

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın başlayıb.

 

Bu barədə Pravda.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

 

Tarix: 31 İyul 2026, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin