BURADA REKLAMINIZ OLA
BİLƏR

Sumqayıt Tibb Mərkəzinə rəhbərlik Ramin Qasımova həvalə olundu

Məlum olduğu kimi, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bir neçə gün əvvəl işdən çıxarılıb.

 

Pravda.az "Unikal"a istinadən xəbər verir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası həmin tibb müəssisəsinin direktor müavini Ramin Qasımova həvalə olunub.

 

Qeyd edək ki, R.Qasımov 2020-2024-cü illər ərzində Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. Daha sonra isə Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Tarix: 31 İyul 2026, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin