BURADA REKLAMINIZ OLA
BİLƏR

Magistraturaya qəbul olunanların qeydiyyatı gələn həftə başlayacaq

Magistraturaya qəbul olunan şəxslər avqustun 3-ü saat 15:00-dan avqustun 12-si saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

 

Pravda.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qeydiyyat prosesi “my.gov.az” portalı üzərindən həyata keçiriləcək.

 

DİM sədri qeyd edib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı daha sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.

Tarix: 31 İyul 2026, 16:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin