BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş nazir Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıqla bağlı qərar imzaladı

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb.

 

Pravda.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” qərarda əksini tapıb.

 

Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib.

 

Komissiyanın tərkibi aşağıdakı kimidir:

 

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi

 

Komissiyanın sədri Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiya sədrinin müavini- Azər Mursaqulov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini

 

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

 

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

 

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

 

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

 

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

 

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.

Tarix: 31 İyul 2026, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin