BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyrutda fövqəladə vəziyyətin müddəti uzadıldı

Livan hökuməti Beyrut dəniz limanında partlayışla bağlı avqustun 8-də élan edilmiş fövqəladə vəziyyət rejimini daha bir ay - sentyabrın 18-nə qədər uzadılması haqqında qərar verib.

Pravda.az xəbər verir ki, bu barədə yerli mediada dərc olunan hökumətin bəyanatında bildirilib.

Qeyd edilib ki, paytaxtda mövcud vəziyyət nəzərə alınaraq, ölkə prezidenti və Baş nazirin razılığı əsasında sözügedən qərar qüvvəyə minib. 

Xatırladaq ki, avqustun 4-də Beyrut dəniz limanında güclü partlayış nəticəsində 178 nəfərdən çox adam ölüb. Bu səbəbdən Livanın paytaxtı fəlakət bölgəsi elan edilərək iki həftəlik fövqəladə vəziyyət tətbiq olunmuşdu.APA

Tarix: 18 Avqust 2020, 07:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin