BURADA REKLAMINIZ OLA
BİLƏR

Şərurda kişi arvadını öldürüb

İyulun 31-də Şərur rayon Qarxun kənd sakini Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı, Şərur rayonu Qarxun kənd sakini Məmiyev Nadir Yunis oğlunun həyat yoldaşı Məmiyeva Sunayı öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Nadir Məmiyevin barəsində Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

O özü Polis İdarəsinə gələrək öz əməlini etiraf edib, polis əməkdaşları tərəfindən istintaq orqanına təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam edir./APA

Tarix: 1 Avqust 2026, 00:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin