BURADA REKLAMINIZ OLA
BİLƏR

Bayram Məmmədovun anası qətlə yetirilib? - Qardaşı saxlanıldı...

Bu gün səhər saatlarında Sabunçu qəsəbəsində qətl hadisəsi baş verib.

 

Məlumata görə, qəsəbədə yerləşən evdə 1972-ci il təvəllüdlü Sevinc Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən oğlu, 1992-ci il təvəllüdlü Elvin Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Əldə olunan məlumata görə, qadın “NIDA” Vətəndaş Hərəkatının üzvü olmuş, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun anası, şübhəli şəxs qardaşıdır.APA

 

Tarix: 1 Avqust 2026, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin