BURADA REKLAMINIZ OLA
BİLƏR

O, Azərbaycan Dili Günü münasibətilə xalqımızı belə təbrik etdi - VİDEO

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman 1 Avqust - Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Pravda.az xəbər verir ki, diplomat bununla bağlı "X" sosial şəbəkəsində videomüraciət yayımlayıb.

 

"Azərbaycan dili xalqınızın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irsidir. Bu əlamətdar günü qeyd edərkən əminəm ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək", – deyə Səfir bildirib.

 

Videomüraciətdə səfir Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Ana dili" şeirindən misralar səsləndirib.

 

Qeyd edək ki, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.

 

Tarix: 1 Avqust 2026, 15:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin