BURADA REKLAMINIZ OLA
BİLƏR

Kim Çen In ölkədə it saxlamağı qadağan etdi

Şimali Koreya hakimiyyəti vətəndaşları ev itlərini kapitalizm rəmzi olduğu üçün təhvil verməyə məcbur edir.

 

Pravda.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

 

İyul ayında Şimali Koreya lideri Kim Çen In it sahibi olmağın indi qanun pozuntusu olduğunu elan edib. O, ev itlərini “burjuaziya ideologiyasının korlanmış trendi” adlandırıb.

 

Heyvan sahibləri itlərinin ölkənin ərzaq qıtlığını aradan qaldırmaq üçün istifadə olunacağından qorxurlar.

 

Qeyd olunur ki, ölkədə ev itləri zorla sahiblərindən alınır, bəziləri zooparklara göndərilir, bəziləri isə it əti restoranlarına verilir.Modern.az

Tarix: 18 Avqust 2020, 09:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin