BURADA REKLAMINIZ OLA
BİLƏR

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

Xəbər verdiyimiz kimi, Goranboyda 33 yaşlı Elvin Aslanov öldürülüb, şübhəli şəxs kimi isə onun atası saxlanılıb.

 

E.Aslanov valideynlərinin mübahisəsi zamanı həlak olub.

 

İlkin ehtimala əsasən, ailə münaqişəsi zəminində düşən dava zamanı 57 yaşlı Şahin Aslanov həyat yoldaşına bıçaqla xəsarət yetirmək istəyib. Bu zaman araya girən oğlu Elvin bıçaq zərbəsinə tuş gəlib və aldığı xəsarətdən dünyasını dəyişib.

 

Qətlə yetirilən E.Aslanovun fitnes klub rəhbəri olduğu bildirilir.

 

Qafqazinfo

Tarix: 2 Avqust 2026, 17:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin