BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda torpaq sürüşdü, avtomobillər altında qaldı - VİDEO - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsinin baş verdiyi ərazidə istinad divarlarının tikilməsi ilə bağlı qərar verilib.

 

Bu barədə Oxu.Az-a Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

 

Bildirilib ki, sözügedən ərazidə daha əvvəl də bənzər hallar baş verib:

 

"Bununla əlaqədar Xətai Rayon İcra Hakimiyyəti səlahiyyətləri çərçivəsində müvafiq qurumlara ətraflı məlumat verib. Qeyd edilən ərazidə istinad divarları tikilməsi üçün müvafiq qərar verilib, yaxın zamanda işlərə başlanılacaq".

 

***

12:40

"Xətai rayonu, Gəncə prospektində yaşayış binasından 24-25 metr məsafədə yerləşən, hündürlüyü 12-16 metr, uzunluğu 140-150 metr olan sərt kəsilmiş yamacın 28-30 metrlik hissəsində sürüşmə prosesi baş verib".

 

Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev məlumat verib.

 

O bildirib ki, sürüşmə torpaq qatının islanması nəticəsində yamacın asılı vəziyyətdə olan hissəsinin dayanıqlığının zəifləməsi və ağırlıq qüvvəsinin təsiri ilə torpaq kütləsinin yamac boyu hərəkət etməsi nəticəsində baş verib.

 

Onun sözlərinə görə, sürüşən torpaq kütləsinin həcmi təxminən 4.5-5 kubmetr təşkil edir.

 

Ərazi aidiyyəti dövlət qurumları tərəfindən nəzarətdə saxlanılır və müvafiq tədbirlər görülür. Oxu.Az

 

***

12:35

 

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində torpaq sürüşməsi baş verib.

 

Sürüşmə nəticəsində avtomobillər torpaq qatının altında qalıb.

 

Tarix: 3 Avqust 2026, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin