BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda tanışlıq bəhanəsi ilə kişinin pulunu oğurlayan qadın SAXLANILDI

Paytaxtın Nəsimi rayonunda tanış olmaq məqsədilə kişiyə yaxınlaşaraq onun pulqabısını oğurlayan qadın saxlanılıb.

 

Məlumata görə, zərərçəkən polisə müraciət edərək içərisində 900 manat pul, bank kartları və şəxsiyyət sənədləri olan pulqabısının oğurlandığını bildirib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər analoji cinayətə görə məhkum olunmuş 43 yaşlı O.Musayeva müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalarla məlum olub ki, o, tanış olmaq məqsədilə zərərçəkənə yaxınlaşıb, diqqətini yayındıraraq pul kisəsini oğurlayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.Oxu.Az

Tarix: 3 Avqust 2026, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin