BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu jurnalistə ağır itki üz verdi: Qardaşları dənizdə batdı

Xəbər verdiyimiz kimi, ötən gün Buzovnada üç nəfər dənizdə batıb.

 

Pravda.az xitab24.az-a istinadla xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.

 

Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.

Tarix: 3 Avqust 2026, 15:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin