BURADA REKLAMINIZ OLA
BİLƏR

Dənizdə batan şəxslər AzTV-nin əməkdaşının bacı və qardaşları imiş...

Xəbər verdiyimiz kimi, ötən gün Buzovnada üç nəfər dənizdə batıb. Xitab24.az-ın məlumatına görə, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib.

 

Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun axtarışları davam etdirilir.

Tarix: 3 Avqust 2026, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin