BURADA REKLAMINIZ OLA
BİLƏR

Elektromobillər üçün yeni enerjidoldurma məntəqələrinə ehtiyac var - VİDEO

Azərbaycanda elektromobillər üçün enerjidoldurma məntəqələrinin sayının artırılmasına ehtiyac var.

 

Son illər ölkəyə gətirilən elektromobillərin sayı çoxalsa, buna paralel olaraq yeni enerjidoldurma məntəqələrinin sayı artırılmır.

 

Sürücülər deyirlər ki, mövcud məntəqələrin bir qismi texniki nasazlıqlar səbəbindən istifadəyə yararsız vəziyyətdədir. Nəticədə elektromobil sahibləri işlək enerjidoldurma məntəqələrində uzun növbələrlə üzləşir, xeyli vaxt itirirlər.

 

Ekspertlər isə deyirlər ki, bu sahədə inkişaf sürətli aparılmalıdır. Əks təqdirdə, elektromobillərin sayının artması fonunda yaxın illərdə mövcud problem daha da kəskinləşə bilər.

 

Nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, problemin həlli üçün ölkə üzrə vahid enerjidoldurma infrastrukturunun inkişaf proqramı hazırlanmalı, bu məntəqələr real tələbat və nəqliyyat axını nəzərə alınmaqla yerləşdirilməlidir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 4 Avqust 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin