BURADA REKLAMINIZ OLA
BİLƏR

Təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası təsdiqləndi

“Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası” təsdiqlənib.

 

Pravda.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

 

Bu Qayda bazar subyektləri tərəfindən təmərküzləşmələr haqqında rəqabət orqanına təqdim edilmiş ərizələrə baxılması, habelə rəqabət orqanına məlumat vermədən baş tutmuş və razılıq alınması tələb olunan təmərküzləşmələrin rəqabət orqanının öz təşəbbüsü ilə araşdırılması və təmərküzləşmələrə nəzarət tədbirləri zamanı tətbiq edilir. Bu Qaydaya uyğun olaraq təmərküzləşmələrin qiymətləndirilməsi zamanı iqtisadi nəzəriyyə, empirik və iqtisadi statistika əsaslı təhlillər aparılır, habelə müvafiq bazarla şaquli və üfüqi əlaqəli olan qonşu bazarlarda rəqabət vəziyyəti nəzərə alınır

Tarix: 4 Avqust 2026, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin