BURADA REKLAMINIZ OLA
BİLƏR

İki həftə işlədi yoruldu: Britaniyanın yeni baş naziri məzuniyyətə getdi

Vəzifəsinin icrasına cəmi iki həftə əvvəl başlayan Böyük Britaniyanın Baş naziri Endi Börnhem artıq məzuniyyətə çıxıb.

 

Bu barədə məlumatı "Telegraph" nəşri yayıb.

 

"Endi Börnhem baş nazir vəzifəsini icra etməyə başladıqdan iki həftə sonra məzuniyyətə yollanır", - deyə hökumət rəhbərinin dəftərxanasına istinadla yayılan məqalədə bildirilib.

 

Məlumatda vurğulanıb ki, Böyük Britaniyanın Nazirlər Kabineti adi rejimdə fəaliyyətini davam etdirir, E.Börnhem isə hökumət üzvləri ilə əlaqəni kəsməyib.

 

Sağçı-populist "Reform UK" partiyasından olan İcmalar Palatasının deputatı Li Anderson baş naziri öz vəzifələrini icra etməkdən boyun qaçırmaqda ittiham edib. Parlamentarinin sözlərinə görə, dövləti idarə etməyə ciddi şəkildə hazırlaşan Börnhem vəzifəyə gəldikdən cəmi iki həftə sonra "xoş səyahət xatirinə xaricə qaçmaz".Oxu.Az

Tarix: 4 Avqust 2026, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin