BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti ilə bağlı məlumat var

Dünən Abşeron rayonu, Xırdalan şəhərində xəsarət alması səbəbilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilən 1978-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Üz-çənə cərrahiyyəsi şöbəsində davam etdirilir.

 

Bu barədə TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, vəziyyəti orta ağır qiymətləndirilir.

 

Qeyd edək ki, dünən Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb. Hadisə Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.

Tarix: 4 Avqust 2026, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin