BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin keçmiş əməkdaşı vəfat etdi - FOTO

Keçmiş vəzifəli şəxs Əzizbala Mövlud oğlu Mustafayev vəfat edib.

 

Məlumata görə, onun sonuncu əmək fəaliyyəti Milli Məclisdə deputat köməkçisi olub.

 

Ə.Mustafayev 1948-ci ildə Quba rayonunda anadan olub. O, əmək fəaliyyətinə Qaradağ rayonunda başlayıb.

 

Rayon Partiya Komitəsində və İcra Hakimiyyəti strukturlarında rəhbər vəzifələrdə çalışıb. Bununla yanaşı o, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının əvəzi və birinci müavini vəzifələrində işləyib.

 

Həmçinin Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat şöbəsində, Material Ehtiyatları Nazirliyində, Dərin Özüllər Zavodunda, “Azərsutikinti” Səhmdar Cəmiyyətində müxtəlif mühüm rəhbər vəzifələrdə işləyib./Qafqazinfo/

Fotoları təqdim edirik
Tarix: 4 Avqust 2026, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin