BURADA REKLAMINIZ OLA
BİLƏR

Çiyələyi aylarla belə təzə saxlayın

Yay mövsümünün sevilən meyvələrindən olan çiyələyi düzgün üsulla qurudaraq onu uzun müddət saxlamaq mümkündür.


Pravda.az bildirir ki, qurudulmuş çiyələk həm sağlam qəlyanaltı kimi, həm də desertlərdə, səhər yeməklərində və müxtəlif şirniyyatlarda istifadə oluna bilər.

 

Çiyələyi günəşdə qurutmaq üçün əvvəlcə sağlam və yetişmiş meyvələr seçilir, yuyulub yaxşıca qurudulur. Daha sonra dilimlənərək və ya bütöv halda bir-birinə toxunmayacaq formada siniyə düzülür. Toz və həşəratlardan qorumaq üçün üzəri nazik tül ilə örtülür və 2–4 gün günəş altında saxlanılır.


Sobada qurutmaq üçün soba 50–60°C-yə qədər qızdırılır, çiyələklər bir qat şəklində soba sinisinə düzülür və təxminən 4–6 saat aşağı temperaturda qurudulur. Sobanın qapağını bir qədər açıq saxlamaq nəmin daha rahat çıxmasına kömək edir.


Tam quruduqdan sonra çiyələklər soyudulur və hava keçirməyən şüşə qabda, sərin və quru yerdə saxlanılır. Qurudulmuş çiyələk tort, peçenye, yoqurt, yulaf sıyığı, smuzi və digər desertlərə əlavə edilə bilər.


Əminə Bayramova 

Tarix: 4 Avqust 2026, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin