BURADA REKLAMINIZ OLA
BİLƏR

Arılar sizi narahat edir? - Onları uzaq tutmağın təbii yolları

Yay aylarında açıq havada vaxt keçirərkən arılar narahatlıq yarada bilər.


Pravda.az bildirir ki, füclü qoxular, şirin qidalar və parlaq rənglər arıları özünə cəlb etdiyi üçün bəzi sadə tədbirlərlə onların yaxınlaşmasının qarşısını almaq mümkündür.


Arılar xüsusilə nanə, mixək, evkalipt, limon və sitrus qoxularını sevmir. Bu bitkilərin efir yağlarından istifadə etmək və ya həmin bitkiləri yaxınlıqda saxlamaq arıları uzaqlaşdırmağa kömək edə bilər.


Açıq havada şirin içkiləri və meyvələri uzun müddət açıq saxlamaq tövsiyə edilmir. Həmçinin ətirli kosmetik vasitələrdən istifadə və rəngarəng geyimlər arıların diqqətini çəkə bilər.


Əgər ətrafınızda arı varsa, ani hərəkətlər etmək və onu qovmağa çalışmaq əvəzinə sakit davranmaq daha təhlükəsiz hesab olunur. Arılar adətən təhlükə hiss etmədikdə insanlara hücum etmirlər.

 

Əminə Bayramova 

Tarix: 4 Avqust 2026, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin